Cəlilabadda iki kiloqrama yaxın heroin tapılıb

Cəlilabadda iki kiloqrama yaxın heroin tapılıb
  15 Fevral 2014    Oxunub:1065
Cəlilabadda yardımçı təsərrüfatın yaxınlığından iki kiloqrama yaxın heroin tapılıb.
Cəlilabad rayon sakini Məhərrəm Əliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus yardımçı təsərrüfatın yaxınlığında şübhəli idman çantası aşkarladığını bildirib.

AzVision.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən çantaya baxış zamanı 1 kiloqram 960 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti