Avtomobil dərəyə yuvarlanıb, 1 nəfər ölüb

Avtomobil dərəyə yuvarlanıb, 1 nəfər ölüb
  15 Fevral 2014    Oxunub:1372
Goranboy rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə rayonun Safıkürd kəndi ərazisində axşam saatlarında baş verib. AzVision.az EL TV-yə istinadən xəbər verir ki, Raqin Cəmşid oğlu Orucov idarə etdiyi VAZ 21015 markalı avtomobillə Ağcakənd- Goran istiqamətində hərəkət edərkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan sərnişinlərdən biri Qaraçinar kənd sakini ,1971-ci il təvəllüdlü Ədalət İslam oğlu Məmmədov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Goranboy rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti