Mingəçevirdə də goreşənlər peyda oldu

Mingəçevirdə də goreşənlər peyda oldu
  15 Fevral 2014    Oxunub:1263
Mingəçevirdə qəbiristanlıqda məzarlar naməlum şəxslər tərəfindən dağıdılıb. Hadisə Mingəçevir kənd qəbiristanlığı adlanan ərazidə olub. Həmin qəbiristanlığa qənim kəsilənlər məzar daşlarının üzərində olan güldanları qoparıb və digər bu kimi xoşagəlməz hərəkətlər ediblər.

AzVision.az El TV-yə istinadən xəbər verir ki, onlar apara bildiklərini aparıb, apara bilmədiklərini sındırıblar. Bildirildiyinə görə, ərazidə tez-tez narkomanlar və sərxoşlar olur. Qəbiristanlıqda uyuyan insanların yaxınları da bu işdə onlardan şübhəlidirlər. Bu, qəbiristanlıqda baş verən birinci belə hal deyil. Qəbiristanlıqda uyuyanların yaxınları müvafiq qurumlardan bu vəziyyətə son qoyulmasını istəyirlər.


Teqlər:





Xəbər lenti