Rayonlararası avtobuslar Yevlaxa buraxılmayacaq

Rayonlararası avtobuslar Yevlaxa buraxılmayacaq
  15 Fevral 2014    Oxunub:1379
Yevlax - Xaldan marşrut xətti ilə işləyən mikroavtobusların sürücüləri bu istiqamətdə digər rayon və şəhərlərə sərnişin daşıyan nəqliyyat vasitələrinin hərəkət etməsindən narazıdırlar.

AzVision.az El TV-yə istinadən bildirir ki, onlar bildirirlər ki, Şəki, Zaqatala, Balakən, Oğuz və Mingəçevir marşrutunda olan mikroavtobuslar magistral yolla getməli olduqları halda, şəhərə daxil olaraq Yevlax -Xaldan marşrutu üçün təyin olunmuş yolla hərəkət edirlər. Bununla da onların həmin yolda olan sərnişinləri daşımasına imkan vermirlər.

Məsələyə aydınlıq gətirən Yevlax 5 saylı Regional Nəqliyyat MMC-nin rəis əvəzi Anar İsmayılov bildirir ki, rayonlararası marşrutların Yevlax şəhərinə daxil olmasına yol verilməyəcək: "Bugünkü tarixdən etibarən biz həmin əraziyə müfəttişlər ayırmışıq. Hansısa marşrut xəttini pozarsa, həmin sürücülərə qarşı inzibati qaydada ciddi tədbirlər görüləcək”.


Teqlər:





Xəbər lenti