Millimizə 24 futbolçu çağırıldı

Millimizə 24 futbolçu çağırıldı
  13 Yanvar 2021    Oxunub:2842
19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq planı bəlli olub.
Azvision.az xəbər verir ki, millimiz yanvarın 14-dən 22-dək təlim-məşq toplanışı keçəcək.

Hazırlıq prosesi Bakıda təşkil olunacaq. Toplanışa 24 futbolçu çağırılıb. Onlardan yeddisi Türkiyə klublarının üzvləridir: Lamiyə Əlizadə, Nigar Əhmədova, Pərvin Səfəraliyeva, Leyla Ağayeva, Nazrin Mamiyeva, Milana Rəhimova, Fatimə Əhmədli (hamısı 8-İOEUGİM), Samirə Aşırova, Nigar Mirzəliyeva, Aysun Muradova, Alina Nəhmədova (hamısı “Balxurma”), Ləmən Niftəliyeva (“Fidan”), Semanur Arzik, Irem Bir (hər ikisi “Qazientep Karataş”, Türkiyə), Nazar Tanrisever, Gizem Çetinkaya, Fatma Nur Şenses, Melike Çalışkan (hamısı “Kayseri Gencler Birligi”, Türkiyə), Neslihan Bozkaya (“Kemer”, Türkiyə), Nərgiz Əliyeva, Coşqunə Əliyeva, Aytac Feyzullayeva, Fidan Cəfərova , Nahidə Məmmədova (hamısı “Marxal”).

Azvision.az


Teqlər: U-19   Yığma  





Xəbər lenti