Azərbaycan əsgərləri and içdi

Azərbaycan əsgərləri and içdi
  15 Fevral 2014    Oxunub:1473
Dövlət Bayrağı Meydanında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının gənc əsgərlərinin andiçmə mərasimi keçirilib.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, bu gün andiçmə mərasimində Heydər Əliyevin və şəhid olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himni səsləndirilib.

Qoşunların “N” saylı hərbi hissəsinin komandiri, polkovnik Zəfər Əliyev çıxış edərək gənc əsgərlərə hərbi andın mənasını, and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri xatırladıb.

Mərasimə əsgərlərin valideynləri də qatılıb.

Tədbir gənc əsgərlərin təntənəli keçidi ilə başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti