Hava yenidən soyuyacaq

Hava yenidən soyuyacaq
  15 Fevral 2014    Oxunub:1144
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Paytaxtda az yağıntı olacağı ehtimal edilir. Mülayim şimal küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 16-da hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru qərb rayonlarından havanlın yağntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti