Qarabağ əlili intihara cəhd etdi - YENİLƏNİB

Qarabağ əlili intihara cəhd etdi - YENİLƏNİB
  15 Fevral 2014    Oxunub:1591
I qrup Qarabağ əlili intihara cəhd edib.
APA-nın məlumatına görə, mənzil problemləri olan Məcidov Malik Qardaşxan oğlu fevralın 14-də Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısına gələrək özünü yandırmaq istəyib. Bu məqsədlə o üstünə yandırıcı maye töküb. Lakin yanındakı şəxslər və İcra Hakimiyyətinin əməkdaşları əlili fikrindən daşındırıblar. Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən qəbul edilən M. Məcidova ev probleminin həll ediləcəyi bildirilib.

“Qarabağ qaziləri” Birliyinin Sumqayıt təşkilatının sədri Elşən Mustafayev APA-ya bildirib ki, M. Məcidovun özünü yandırması barədə yayılan informasiyalar doğru deyil: “Malik Məcidov özünü yandırmaq istəyib, lakin ətrafındakı insanlar buna mane olublar. Sadəcə Malik Məcidov intihar məqsədilə üstünə benzin tökdüyü üçün həmin maye onun dərisinə zəhərlənmə verib. Hazırda Sumqayıt xəstəxanasında müalicə alan əlilin vəziyyəti normaldır”.

E. Mustafayev həmçinin bildirib ki, əlil M. Məcidovun problemi ilə hələlik heç kim maraqlanmayıb: “Əlilin problemlərinin həlli edilməsi üçün bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinə gedərək məsələ qaldıracağıq”.

Sumqayıt şəhər Polis İdarəsi və Şəhər Prokurorluğundan APA-ya Qarabağ əlilinin özünü yandırması barədə məlumatlar təkzib edilib.

***

Sumqayıt şəhər Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Sumqayıt sakini, 1 ci qrup Qarabağ əlili Məcidov Malik Qardaşxan oğlu özünü Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında yandıraraq intihar edib.

Əvvəlcə Sumqayıt şəhər xəstəxanasına aparılan M.Məcidov gecə saatlarında Bakıdakı 5 saylı xəstəxanaya gətirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.


Teqlər:  





Xəbər lenti