"Sumqayıt"dan daha bir transfer

"Sumqayıt"dan daha bir transfer
  12 Yanvar 2021    Oxunub:2642
"Sumqayıt" Cabir Əmirli və Mehdi Şərifidən sonra heyətini növbəti futbolçu ilə gücləndirib.
Azvision.az xəbər verir ki, komanda İran çempionatında çıxış edən "Peykan" klubunun mərkəz müdafiəçisi Höccət Haqverdi ilə cari mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Höccət Haqverdi karyerası ərzində "Peykan" (90 oyun, 4 qol) və İsfahanın "Zob Ahan" (26 oyun) komandalarının uğurları üçün çalışıb.

Azvision.az


Teqlər: Sumqayıt   Klub   Futbolçu  





Xəbər lenti