Dəhşətli qəza: ölən və yaralanan var

Dəhşətli qəza: ölən və yaralanan var
  15 Fevral 2014    Oxunub:1014
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Böyük Pirəli kənd ərazisində “Niva” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış və avtomobildə olan sərnişin 1980-ci il təvəllüdlü Rzayev Rəvan Vidadi oğlu vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsin cəsədini çıxarıb, aidiyyəti üzrə təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Hadisə şahidlərinin bildirdiklərinə əsasən, 1 nəfər yaralı hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Əməliyyat saat 02:45-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti