`Aygün TV`nin direktoru danışdı

`Aygün TV`nin direktoru danışdı
  15 Fevral 2014    Oxunub:1088
Nəzirxan Nuriyev: "Mənə dedilər ki, televiziyanı onlara satım, mən də satmadım".
Milli Televiziya və Radio Şurası Zaqatalanın «Aygün TV» kanalına verdiyi lisenziya müddətini uzatmadığını xəbər vermişdik. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, MRTŞ bu addımını "Aygün TV" tərəfindən lisenziya üçün lazım olan sənədləri təqdim etməməsi ilə izah edib

Məlumatda deyilir ki, "Aygün TV"nin fəaliyyəti araşdırılandan sonra «çoxsaylı çatışmazlıqlar və qanun pozuntuları aşkar edilib".

"Aygün TV"nin direktoru Nəzirxan Nuriyev Azadlıq Radiosuna bildirib ki, o, bu xəbəri çoxdan gözləyirmiş:

«Mənə dedilər ki, televiziyanı onlara satım, mən də satmadım. Nəticəsi də belə oldu. İndi rayona qayıdıram. Bundan sonra nə etmək lazım olduğu barədə düşünəcəyəm».

Xatırladaq ki, «Aygün TV»yə verilən xüsusi razılığın müddəti ötən il dekabrın 11-də bitib.


Teqlər:





Xəbər lenti