Cüdoçularımızın rəqibləri müəyyənləşdi

Cüdoçularımızın rəqibləri müəyyənləşdi
  11 Yanvar 2021    Oxunub:1930
Dohada sabah start götürəcək “World Masters” turnirinin püşkatması keçirilib.
Azvision.az xəbər verir ki, ölkəmizi kişilər arasında 66 kiloqram çəkidə təmsil edəcək Orxan Səfərov moldovalı Denis Vieru, Nicat Şıxəlizadə İsrail idmançısı Barux Şmailovla (66 kq) mübarizə aparacaqlar. Yüz kiloqram çəki dərəcəsində idmançılarımız Elmar Qasımov Rafael Buzakarini (Braziliya), Zelim Kotsoyev Ramadan Dervişi sınağa çəkəcəklər.

Qadınların mübarizəsində isə 48 kiloqram çəkidə Aişə Qurbanlı Türkiyə cüdoçusu Gülkader Sentürk, Leyla Əliyeva Mərakeş təmsilçisi Aziza Çakirlə ilk döyüşlərini keçirəcəklər. Millimizin digər cüdoçusu İrina Kindzerska (78 kiloqramdan yuxarı) ilk mərhələdə almaniyalı Yasmin Qrabovski ilə gücünü sınayacaq.

Yanvarın 13-dək davam edəcək yarışda 69 ölkədən 400-ə yaxın cüdoçu iştirakını təsdiqləyib.

Azvision.az


Teqlər: Cüdo  





Xəbər lenti