Cüdoçularımız “World Masters”də iştirak edəcəklər

Cüdoçularımız “World Masters”də iştirak edəcəklər
  11 Yanvar 2021    Oxunub:2132
Yanvarın 11-də Qətərin paytaxtı Dohada Azərbaycan cüdoçularının da iştirak edəcəyi “World Masters” turniri start götürəcək.
Azvision.az xəbər verir ki, “Tokio-2020”yə Olimpiya lisenziya xalları verəcək yarışda ölkəmizi 7 cüdoçu təmsil edəcək. Kişilərin yarışında Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Elmar Qasımov və Zelim Kotsoyev (100 kq), qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və İrina Kindzerska (+78 kq) güclərini sınayacaqlar.

Yanvarın 13-dək davam edəcək yarışda 69 ölkədən 400-ə yaxın cüdoçu mübarizə aparacaq.

Azvision.az


Teqlər: Cüdo  





Xəbər lenti