“Səbail” daha bir futbolçu ilə yolları ayırdı

“Səbail” daha bir futbolçu ilə yolları ayırdı
  10 Yanvar 2021    Oxunub:1515
“Səbail” klubu futbolçusu Elgün Nəbiyevlə yolları ayırıb.
Azvision.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onun Bakı təmsilçisi ilə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edilib. Futbolçuya azad agent statusu verilib.

“Səbail” Elgün Nəbiyevə kollektiv adından təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 24 yaşlı yarıımüdafiəçi ötən ilin avqustunda transfer edilmişdi.

“Səbail” bundan əvvəl Arsen Ağcabəyov, Orxan Qurbanlı, Murad Qayalı, Əli Sadıxov və Baxtiyar Rəhmani ilə də vidalaşıb.

Azvision.az


Teqlər: Səbail   Klub  





Xəbər lenti