Üç nazirlik yanacaq-enerji balansının layihəsini hazırlayacaq

 Üç nazirlik yanacaq-enerji balansının layihəsini hazırlayacaq
  09 Yanvar 2021    Oxunub:2845
2022-ci il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsi hazırlanacaq.
Azvision.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə” bu gün imzaladığı sərəncamda qeyd olunub.

Sərəncama əsasən, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi 2022-ci il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsini hazırlayıb beş ay müddətində Nazirlər Kabinetinə təqdim edəcəklər.

Azvision.az


Teqlər: Energetika   Layihə  





Xəbər lenti