Azərbaycanlı futbolçu Fransa klubunda

Azərbaycanlı futbolçu Fransa klubunda
  09 Yanvar 2021    Oxunub:2183
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Eldar Tağızadə Fransanın "Klermon" klubu ilə anlaşıb.
Azvision.az xəbər verir ki, qapıçı yeni komandası ilə 2024-cü ilədək müqavilə imzalayıb. Bu, gənc qolkiperin ilk peşəkar müqaviləsidir.

Tağızadə 1 ilə yaxındır Liqa 2 təmsilçisinin düşərgəsində məşq edirdi.

Qeyd edək ki, Eldar Tağızadə Azərbaycanda "Neftçi"nin heyətində AFFA-nın uşaq liqalarında mübarizə aparıb. Qolkiper son olaraq, İspaniyada "Fundacion Marcet" futbol akademiyasında oynayıb.

Azvision.az


Teqlər: Futbol   Qapıçı   Fransa   Klub  





Xəbər lenti