“Kürovdağ” yatağından hasilat artacaq

“Kürovdağ” yatağından hasilat artacaq
  09 Yanvar 2021    Oxunub:1526
Cari ildə “Kürovdağ” yatağından xam neft istehsalı artacaq.
Azvision.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, yataqdan 2021-ci ildə 1,01 milyon barrel neft hasilatı gözlənilir. Ötən il “Kürovdağ”dan istehsal 0,99 milyon barrel, 2019-cu ildə isə 1,07 milyon barrel olub.

Qeyd edək ki, “Kürovdağ” yatağı Bakıdan 120 kilometr cənub-qərbdə yerləşir, Aşağı Kür neftli-qazlı rayonuna daxildir. Yataq 1997-ci ildən müştərək müəssisə (“ŞirvanOYL”), 2009-cu ildən isə əməliyyat şirkəti (“Şirvan Opereytinq Compani Limited”) tərəfindən istismar edilir. “Kürovdağ” neft yatağını aşkar edən ilk mərkəzi sahənin 2 saylı kəşfiyyat quyusu 1955-ci ildə məhsuldar qatın I horizontundan 31 ton neftlə istismara daxil edilib.

Azvision.az


Teqlər: Yataq   Hasilat  





Xəbər lenti