Sosial xidmət müəssisələrinin şəbəkəsi genişləndiriləcək

Sosial xidmət müəssisələrinin şəbəkəsi genişləndiriləcək
  07 Yanvar 2021    Oxunub:1329
Yanvarın 6-da Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahili Babayev pandemiya dövründə həssas təbəqədən olanlar uçun icra olunan dəstək tədbirləri barədə məlumat verib.
Azvision.az xəbər verir ki, nazir müşavirədə deyib: “600 min işsiz, qeyri-formal işləyən şəxsə birdəfəlik ödəmə proqramı 190 manat məbləğində icra edildi. Bu məqsədlər üçün 450 milyon manat vəsait sərf olundu. Sosial tərəfdaşlarımızın dəstəyi ilə 110 min aztəminatlı ailəyə 3 dəfə ərzaq yardımları verildi. 65 yaşdan yuxarı və tənha yaşayan şəxslər daimi sosial xidmətə götürüldü və müxtəlif sosial xidmət müəssisələrində həssas kateqoriyadan olan insanlarımıza dəstək tədbirləri təqdim edildi.

Bu proqramlar cari ildə də davamlı olaraq icra ediləcək. Həm sosial xidmət müəssisələrimizin, həm reabilitasiya mərkəzlərimizin şəbəkəsinin genişləndirilməsi ilə daha çox əhaliyə xidmət göstəriləcək. Məşğulluq proqramlarımız isə Sizin tapşırığınıza uyğun olaraq, ilk növbədə, prioritet əsasda həm işğaldan azad olunmuş ərazilərimizdə, həm də onlara yaxın regionlarımızda üstün şəkildə təmin ediləcək”.

Azvision.az


Teqlər: ƏƏSMN   Müşavirə  





Xəbər lenti