Azad edilən ərazilərin qazla təminatı üçün proqram hazırlanıb

  Azad edilən ərazilərin qazla təminatı üçün proqram hazırlanıb
  07 Yanvar 2021    Oxunub:1430
Azad edilmiş ərazilərin təbii qazla təminatı üçün 416 kilometr magistral qaz xəttinin çəkilməsi təklif olunur.
Azvision.az xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib.

“Cənab Prezident, Şuşa şəhərinə, Siz qeyd etdiyiniz kimi, 75 kilometr məsafədə 110 kilovoltluq 2 dövrəli elektrik verilişi xəttinin tikintisi həyata keçirilir. Növbəti mərhələdə isə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər rayonlarında, ümumilikdə 308 kilometr elektrik verilişi xəttinin çəkilməsi və yeni yarımstansiyaların tikilməsi ilə 110 kilovoltluq şəbəkə yaradılacaq. Bu ərazilərin təbii qazla təminatı ilə bağlı hazırlanmış proqramda SOCAR tərəfindən müxtəlif diametrlərdə 416 kilometr magistral qaz xəttinin çəkilməsi də təklif olunur”, - deyə nazir bildirib.

Azvision.az


Teqlər: Qarabağ   Təbii-qaz  





Xəbər lenti