“Sabah” Seyidovla müqavilə müddətini uzatdı

“Sabah” Seyidovla müqavilə müddətini uzatdı
  06 Yanvar 2021    Oxunub:2084
“Sabah” klubu futbolçusu Şakir Seyidovla müqavilə müddətini uzadıb.
Azvision.az kluba istinadən xəbər verir ki, yeni müqavilənin müddəti 2023-cü ilin iyun ayınadək nəzərdə tutulub.

Futbolçu 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışır. İyirmi bir yaşlı müdafiəçi komandanın heyətində ümumilikdə 31 oyun keçirib və 2 qola imza atıb.

Qeyd edək ki, futbolçunun “Sabah”la əvvəlki müqaviləsi cari mövsümün sonunda başa çatırdı.

Azvision.az


Teqlər: Sabah  





Xəbər lenti