Ronaldo Peleni geridə qoydu

Ronaldo Peleni geridə qoydu
  04 Yanvar 2021    Oxunub:2891
"Yuventus" klubunun futbolçusu Kriştiano Ronaldo üçün İtaliya A seriyasının 15-ci turunda "Udineze" ilə görüş əlamətdar olub.
Azvision.az xəbər verir ki, portuqaliyalı hücumçu 4:1 hesabı ilə qalib gəldikləri matçda dubla imza ataraq rəsmi görüşlərdə vurduğu qolların sayını 758-ə yüksəldib. Bununla da Ronaldo Peleni (812 oyunda 757 qol) geridə qoyub.

35 yaşlı dünya ulduzu hazırda futbol tarixinin ən yaxşı ikinci bombardiridir. Bu göstəricidə rekord 1931-1955-ci illərdə 759 qol vuran çexiyalı hücumçu Jozef Biçana məxsusdur.

Azvision.az


Teqlər: Ronaldo  





Xəbər lenti