Daha bir intihar

Daha bir intihar
  14 Fevral 2014    Oxunub:1330
Bu gün Quba rayonunda intihar hadisəsi baş verib. 70 yaşlı kişi həyat yoldaşının məzarı üzərində intihar etdi.
AzVision.az APA- ya istinadən xəbər verir ki, rayonun Zərqova kəndinin 70 yaşlı sakini Məhərrəmov Xudbəddin Qoçəhməd oğlu həyat yoldaşının məzarı üzərində kimyəvi maddə və benzin içib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, dünyasını dəyişən şəxsin həyat yoldaşı bir neçə gün bundan öncə ölüb. Onun bu hadisəyə dözməyərək intihar etdiyi bildirilir.

Faktla bağlı hüquq –mühafizə əməkdaşlarının araşdırmaları davam etdirilir.


Teqlər:





Xəbər lenti