Abşeronda yol qəzası olub, 1 nəfər xəsarət alıb

Abşeronda yol qəzası olub, 1 nəfər xəsarət alıb
  14 Fevral 2014    Oxunub:954
Abşeron rayonunda yol-nəqliyyat qəzası baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "VAZ" markalı minik avtomobili yol kənarındakı beton səkiyə çırpılıb və qəza nəticəsində 1 nəfər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.


Teqlər:





Xəbər lenti