“Şahdəniz”dən Avropaya qaz nəqlinə başlanılması böyük addımdır - Qaxariya

  “Şahdəniz”dən Avropaya qaz nəqlinə başlanılması böyük addımdır -    Qaxariya
  31 Dekabr 2020    Oxunub:1311
Xəzər dənizindəki “Şahdəniz” yatağından Avropaya kommersiya məqsədli qaz nəqlinin başlanılması enerji təhlükəsizliyi sahəsində atılmış böyük addımdır.
Azvision.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Qaxariya bildirib.

O deyib ki, Cənub Qaz Dəhlizi layihəsinin əsas məqsədi, həmçinin ümumi Avropa bazarında rəqabətin gücləndirilməsidir. Bu layihə Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstan vasitəsilə Türkiyə və Avropa İttifaqına, Yunanıstan və Albaniyaya qaz çatdıracaq.

Layihənin Gürcüstan üçün əhəmiyyətini qeyd edən Baş nazir deyib ki, əlavə qaz müqaviləsi 2026-cı ilədək qüvvədə olacaq və Gürcüstan sənədə əsasən hər il 500 milyon kubmetrədək qaz əldə edəcək.

Baş nazir vurğulayıb ki, Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsinin həm də mühüm siyasi əhəmiyyəti var.

"Əgər indiyədək Gürcüstan yalnız regional əhəmiyyətli qaz tranziti ölkəsi idisə, indi artıq beynəlxalq miqyaslı oyunçuya çevrilib. Bundan sonra ölkə ərazisi vasitəsilə nəql olunan qaz beynəlxalq bazarların, əsasən də Avropa İttifaqının energetika bazarlarının şaxələndirilməsində və tədarüklərin təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq", - deyə hökumət başçısı qeyd edib.

Azvision.az


Teqlər: Qaxariya   Gürcüstan  





Xəbər lenti