İdmançılarımız bir ildə 192 medal qazanıb

İdmançılarımız bir ildə 192 medal qazanıb
  30 Dekabr 2020    Oxunub:1967
2020-ci ildə olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda 60 qızıl, 46 gümüş və 86 bürünc olmaqla ümumilikdə 192 medal əldə edilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Tokio Yay Olimpiya Oyunlarında iştirak etmək üçün indiyədək 17 nəfər idmançımız 13 lisenziya (atletika-2, atıcılıq-1, üzgüçülük-1, güləş-2, velosiped-1, bədii gimnastika-2, idman gimnastikası-2, taekvondo-1, boks-1) əldə edib.

Bundan başqa, Tokio Paralimpiya oyunlarına da indiyədək 9 lisenziya qazanılıb.

İdman növləri üzrə məşqçi-müəllimlərə ali, I və II ixtisas kateqoriyasının verilməsi ilə əlaqədar təqdim olunmuş sənədlərə Azərbaycan Respublikasının vahid idman təsnifatına uyğun olaraq baxılıb. 2020-ci ilin ötən dövrü ərzində ayrı-ayrı idman növləri üzrə məşqçi-müəllimə ixtisas kateqoriyası verilib. O cümlədən, 3 nəfər Ali, 54 nəfər birinci ixtisas kateqoriyası alıb. 7 nəfərin sənədi vahid idman təsnifatının tələblərinə cavab vermədiyinə görə geri qaytarılıb.

İdman növləri üzrə 33 nəfər “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, 54 nəfər “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, 12 nəfər “Azərbaycan Respublikasının əməkdar idman ustası”, 10 nəfər “Respublika dərəcəli hakim” fəxri adlara layiq görülüb.

İl ərzində 109 nəfər İdman ustası normasını yerinə yetirib, 10 nəfərə isə dublikat vəsiqələr verilib.

Azvision.az


Teqlər: İdman   Hesabat  





Xəbər lenti