Nazirlik: Qırmızı göl təmizlənəcək

 Nazirlik:  Qırmızı göl təmizlənəcək
  29 Dekabr 2020    Oxunub:1640
“Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qırmızı gölün təmizlənməsi planlaşdırılır”.
Azvision.az xəbər verir ki, bunu ETSN-nin Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.

Onun sözlərinə görə, təxminən 12 il bundan əvvəl aparılan təhlillər zamanı Abşeron yarımadasında 800-dən artıq qurumayan göllər mövcud idi. İndi o göllərin əksəriyyəti quruyub.

"Bunun müxtəlif səbəbləri var. Göllərin qurumasına səbəb tullantıların düzgün idarə olunmaması, yağış sularının idarə olunması üçün müvafiq infrastrukturun olmaması və hər hansı fəaliyyət zamanı nəzərdə tutulan işlərin yerinə yetirilməməsidir. Bakıda yerləşən səkkiz gölün təmizlənməsi nəzərdə tutulur”.

Nazirlik rəsmisi qeyd edib ki, hazırda Böyük göl və Zığ gölün təmizlənməsi istiqamətində işlər gedir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Göl  





Xəbər lenti