Kriminal xronika: 2 ölü, 35 həbs

Kriminal xronika: 2 ölü, 35 həbs
  13 Fevral 2014    Oxunub:1006
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 85 cinayət faktı qeydə alınıb, onların da 32-si “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 35 nəfər tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti