Göydən informasiya töküləcək

Göydən informasiya töküləcək
  13 Fevral 2014    Oxunub:1165
Amerika İnterneti Outernet ilə əvəzləməyə çalışır
Amerikanın `Media Development Investment Fund` (MDIF) qeyri-kommersiya fondu internetin yeni növünü - Outernet yaratmağa başlayıb. Bu layihə işə düşəndən sonra dünyanın hər yerində internetə pulsuz girmək olacaq.

Hətta internetin senzuraya məruz qaldığı ölkələrin sakinləri də (Çin, İran, Şimali Koreya və s.) yeni şəbəkəyə qoşula biləcəklər.

Outernetin yaradılması üçün gələn ilin əvvəlinə qədər kosmosa bir neçə yüz xüsusi peykin göndərilməsi planlaşdırılır. Layihənin təşəbbüskarları iddia edirlər ki, hazırda planetin 60%-ni pulsuz internetlə əhatə edə bilərlər.

Layihəyə görə, kubşəkili kiçik peyklər yerətrafı orbitdə yerləşərək, bütün planeti şəbəkə ilə əhatəyə alacaqlar. İnformasiyanın ötürülməsi UDP protokolu ilə həyata keçiriləcək.

Hazırda fond ideyanı tam reallaşdırmaq üçün bir neçə milyon dollara ehtiyac olduğunu deyir. Əgər hər şey nəzərdə tutulduğu kimi gedərsə, Outernet 2015-ci ilin iyulunda işə salınmalıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti