Bakıda hava dumanlı olacaq

Bakıda hava dumanlı olacaq
  13 Fevral 2014    Oxunub:1081
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında
Fevralın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-4, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Lənkəran-Astara zonasında az yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti