Gələn ilin büdcəsində ehtiyac meyarı 170 manatdır

Gələn ilin büdcəsində ehtiyac meyarı 170 manatdır
  25 Dekabr 2020    Oxunub:1414
2021-ci ilin dövlət büdcəsində ehtiyac meyarının məbləği müəyyənləşib.
Azvision.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində qeyd olunub.

Növbəti ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulur.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Azvision.az


Teqlər: Büdcə   Ehtiyac-Meyarı  





Xəbər lenti