“Azeri Light”ın qiyməti 51 dolları ötüb

“Azeri Light”ın qiyməti 51 dolları ötüb
  23 Dekabr 2020    Oxunub:1235
Azərbaycan neftinin qiyməti bahalaşıb.
Azvision.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar artaraq 51,09 dollar təşkil edib.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,69 dollar geriləyərək 49,39 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,65 dollar ucuzlaşaraq 46,37 dollar olub.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti