UEFA klublarımızın reytinqini açıqladı

UEFA klublarımızın reytinqini açıqladı
  23 Dekabr 2020    Oxunub:2825
UEFA 2020-ci il üçün klubların reytinq cədvəlini açıqlayıb.
Azvision.az xəbər verir ki, son 5 mövsümün nəticələrinə əsasən hazırlanan reytinqdə Azərbaycanın 8 klubu yer alıb.

Təmsilçilərimizdən ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Belə ki, Ağdam təmsilçisi 69-cu pillədə qərarlaşıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Türkiyənin "Fənərbaxça", "Sivasspor", İspaniyanın "Atletik", Rusiyanın "Spartak" klublarını geridə qoyub.

"Qəbələ" klubu siyahıda 217-ci, "Neftçi" 244-cü, "Sumqayıt" 301-ci, "Səbail" 302-ci, "Zirə" 303-cü, "Kəpəz" isə 304-cü yerdədir.

Azvision.az


Teqlər: UEFA   Qarabağ  





Xəbər lenti