“Tokio-2020”nin büdcəsi artırılıb

“Tokio-2020”nin büdcəsi artırılıb
  22 Dekabr 2020    Oxunub:3175
Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunları bir il təxirə salındığı üçün onun ümumi büdcəsi 15,8 milyard dollara qədər artırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Bildirilib ki, yarışların vaxtının dəyişdirilməsi səbəbindən büdcə 294 milyard yen (təxminən 2,85 milyard dollar) artırılıb. Məbləğin çox hissəsi idman qurğularının yaxşılaşdırılması və Olimpiya kəndinin saxlanılması ilə bağlı xərcləri ödəmək üçün tələb olunur. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün 96 milyard yen (931 milyon dollar) vəsait ayrılacaq.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları gələn il iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.

Azvision.az


Teqlər: Tokio-2020  





Xəbər lenti