AMADA: İdmançılardan 1087 test nümunəsi götürülüb

 AMADA:  İdmançılardan 1087 test nümunəsi götürülüb
  22 Dekabr 2020    Oxunub:1689
2020-ci ildə 11 idman növü üzrə 24 antidopinq işi üzrə araşdırma aparılıb.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli deyib. Onun sözlərinə görə, bunlardan 7-i analitik, 17-i isə qeyri-analitik qayda pozuntusu üzrə olub.

"Onlardan 11-i üzrə artıq qərarlar qüvvəyə minib, 13 iş üzrə isə icraatdadır”.

Ş.Hüseynli bildirib ki, boks üzrə 7, ağır atletika üzrə 3, cüdo üzrə 3, taekvondo üzrə 3, karate üzrə 3, velosiped idmanı üzrə 2, güləş üzrə 2, futbol üzrə 1, paracudo üzrə 1, atletika üzrə 1, sambo üzrə 1 antidopinq qayda pozuntusu aşkarlanıb.

Ümumilikdə 2020-ci ildə idmançılardan 1087 test nümunəsi götürülüb. Geridə qalan 4 il ərzində 4627 dopinq nəzarəti testləri aparılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: AMADA  





Xəbər lenti