Olimpiya çempionu həbs olundu

Olimpiya çempionu həbs olundu
  22 Dekabr 2020    Oxunub:2088
Xizək idmanı üzrə ikiqat olimpiya çempionu olmuş Petter Nortuq həbs edilib.
Azvision.az xəbər verir ki, evində narkotik maddə aşkarlanan norveçli idmançı yol hərəkəti qaydalarını pozmaqda da ittiham olunur. Bu səbəbdən məhkəmə 34 yaşlı xizəkçinin 7 ay müddətinə həbsinə qərar verib.

Qeyd edək ki, P.Nortuq 13 qat dünya çempionudur. O, həmçinin 2 dəfə Dünya Kubokunun qalibi olub.

Azvision.az


Teqlər: İdmançı  





Xəbər lenti