UEFA "Qarabağ"a texniki məğlubiyyət verdi

UEFA "Qarabağ"a texniki məğlubiyyət verdi
  19 Dekabr 2020    Oxunub:1760
UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda İspaniyada "Vilyarreal"la "Qarabağ" arasında keçirilməli olan, lakin Ağdam klubunda koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınan matçla bağlı qərarını açıqlayıb.
Azvision.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisinə texniki məğlubiyyət verilib.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran La Liqa təmsilçisi zirvədə qalıb. "Qarabağ" isə qrup mərhələsini 1 xalla sonuncu pillədə başa vurub.

Qeyd edək ki, görüş dekabrın 10-da oynanılmalı idi.

Azvision.az



Teqlər: UEFA   Qarabağ  





Xəbər lenti