Premyer Liqanın 12-ci turu "YAŞAT turu" elan edilib

Premyer Liqanın 12-ci turu "YAŞAT turu" elan edilib
  17 Dekabr 2020    Oxunub:1134
Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının XII turunu “YAŞAT turu” elan edib.
Azvision.az xəbər verir ki, qurum bu addımı birbaşa üzvləri olan Premyer Liqa klubları ilə birgə atıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradılıb.

Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Fonda fiziki və hüquqi şəxslər könüllülük əsasında ianələr edə bilərlər.

Qeyd edək ki, Azərbaycan çempionatında XII tur dekabrın 20-də oynanılacaq.

Azvision.az


Teqlər: PFL   YAŞAT   Fond  





Xəbər lenti