“Neftçi” qış təlim-məşq toplanışını Bakıda keçirəcək

“Neftçi” qış təlim-məşq toplanışını Bakıda keçirəcək
  16 Dekabr 2020    Oxunub:1698
Bakının “Neftçi” futbol klubu qış təlim-məşq toplanışını ölkə daxilində keçirəcək.
Azvision.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Samir Abasov “Neftçi TV”yə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırlıq prosesi Bakıda olacaq:

"Artıq məsələ 80-90 faiz dəqiqləşib. Ölkə xaricinə çıxmaq düzgün olmaz. Çünki koronavirus təhlükəsi var. Orada nəsə olsa, vəziyyət daha da gərginləşəcək. Sadəcə toplanışın vaxtı dəqiqləşməlidir”.

Azvision.az


Teqlər: Neftçi   Klub   Təlim   Məşq  





Xəbər lenti