Praqada ermənilərin təxribatının qarşısı alındı

 Praqada ermənilərin təxribatının qarşısı alındı
  16 Dekabr 2020    Oxunub:1218
Praqa şəhərində yaşayan azərbaycanlı icması tərəfindən ermənilərin növbəti təxribatının qarşısı alınıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, Çex Respublikasının paytaxtındakı Con Lennon Divarına ermənilər Azərbaycan, Türkiyə və İsrail ordularının dayandırılmasına və Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çağırış edən əsassız şüarlar yapışdırıblar.

Məsələyə çevik reaksiya verən diaspor fəallarımız şüarların yazıldığı kağızları qopararaq həqiqəti əks etdirməyən yazıların Lennon Divarına ləkə salmasına yol verməyiblər.

Qeyd edək ki, “Beatles” qrupunun əfsanəvi üzvü Con Lennonun şərəfinə yaradılmış divar Praqada turistlərin ziyarət etdikləri yerlər sırasına daxildir. Qraffiti və şeirlərin əks olunduğu bu divar sülh və sevginin təcəssümünə çevrilib.



Azvision.az



Teqlər: Praqa   Erməni   Təxribat  





Xəbər lenti