"Koronavirusa yoluxmada rekord artım olub"- ÜST

"Koronavirusa yoluxmada rekord artım olub"-    ÜST
  16 Dekabr 2020    Oxunub:2072
Dünyada koronavirusa yoluxanların sayı son bir həftə ərzində 4,3 milyondan çox artıb. Bu pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricidir.
Azvision.az xəbər verir ki, ÜST-in məlumatına görə, 7-13 dekabr tarixlərində dünyada 4 329 927 yeni yoluxma hadisəsi və 70 476 836 ölüm qeydə alınıb. Yoluxmanın və ölüm hadisəsinin 86 faizi Amerika və Avropanın payına düşür. Son üç həftə ərzində Avropada vəziyyət sabitləşib. Son bir həftədə Afrikada yoluxma və ölüm sayında artım müşahidə olunub. Cənub-Şərqi Asiyada isə əksinə bu göstəricilərdə azalma olub.

Azvision.az



Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti