Baydenin andiçmə mərasimi COVID-19-a görə məhdudlaşdırılacaq

   Baydenin andiçmə mərasimi COVID-19-a görə məhdudlaşdırılacaq
  16 Dekabr 2020    Oxunub:1435
ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasiminin təşkilat komitəsi amerikalıları məhdud miqyasda keçiriləcək inauqrasiya mərasimində iştirak üçün Vaşinqtona getməkdən çəkinməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı açıqlamada bildirilib. Qeyd edilib ki, mərasimin keçiriləcəyi yer son dərəcə məhdud olacaq və bu səbəbdən insanlar inauqrasiyanı evdən izləsinlər.

Qeyd edək ki, ABŞ-da səsverməsinin nəticəsi yanvarın 6-sı təsdiqlənəcək. Baydenin andiçmə mərasimi konstitusiyaya uyğun olaraq yanvarın 20-də baş tutacaq.

Azvision.az


Teqlər: ABŞ   Prezident  





Xəbər lenti