"Paşinyan Ermənistanın gələcəyi naminə istefa verməlidir"- Karapetyan

"Paşinyan Ermənistanın gələcəyi naminə istefa verməlidir"-    Karapetyan
  15 Dekabr 2020    Oxunub:1559
Ermənistanın keçmiş Baş naziri, İrəvanın sabiq meri Karen Karapetyan Nikol Paşinyan hökumətini istefaya çağırıb.
Azvision.az Sputnik Ermənistan-a istinadən xəbər verir ki, Karapetyan ölkəsinin mənəvi, psixoloji, siyasi, iqtisadi, sosial böhranda olduğunu deyib.

Onun sözlərinə görə, Paşinyan hökuməti iqtidarda qalmağa davam edərsə, ölkənin inkişaf imkanlarını və millətin potensialından istifadə ehtimalını məhdudlaşdıracaq.

Sabiq Baş nazir bu böhranın hər yeni günü ölkəyə və xalqa zərər verməyə davam edəcəyini bildirib.

"Bu taleyüklü məqam hakimiyyət üçün ən vacib sınaqdır. Onlar göstərməlidirlər ki, ölkənin gələcəyi siyasi maraqlarından üstündür. Ümid edirəm ki, Paşinyan ölkənin gələcəyi naminə hakimiyyətdən getməyə özündə cəsarət atapacaq".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti