Belarus koronavirus əleyhinə peyvənd hazırlamaq istəyir

Belarus koronavirus əleyhinə peyvənd hazırlamaq istəyir
  15 Dekabr 2020    Oxunub:1441
"Koronavirus əleyhinə Belarus peyvəndinin hazırlanması Minskə təxminən 2 milyon dollara başa gələ bilər".
Azvision.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. O, bildirib ki, Belarus ailmləri bu istiqamətdə çalışırlar.

"Bu infeksiya qrip kimi bizimlə qalacaq. Ona görə də koronavirus əleyhinə peyvəndə ehtiyacımız var. Mütəxəssislərimiz onu işləyib hazırlamalıdırlar. Bunun üçün elə də böyük pul lazım deyil. Təxminən 2 milyon dolllar sərf ediləcək. Əlbəttə, görülən işlər öz bəhrəsini verəcək. Sadəcə bu istiqamətdə sürətlə irəliləməyimiz lazımdır ".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Koronavirus   Belarus   peyvənd  





Xəbər lenti