Çindən ABŞ-a sülh mesajı

   Çindən ABŞ-a sülh mesajı
  15 Dekabr 2020    Oxunub:1378
"Çin və ABŞ arasında dialoqun gücləndirilməli, qarşılıqlı hörmət ruhunda əməkdaşlıq inkişaf etdirilməlidir".
Azvision.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin ABŞ-da prezident seçkilərinin nəticələrini şərh edərkən deyib.

"Biz ABŞ-da prezident seçkilərinin nəticələrinə diqqət etdik. Çin prezidenti Si Cinpin cənab Baydenə noyabrın 25-də teleqram göndərdi və onu ABŞ lideri seçilməsi münasibətilə təbrik etdi. ABŞ və Çin qarşılqılı hörmət, faydalı əməkdaşlıq şəraitində dialoqları möhkəmləndirməlidir. Hər iki ölkə fikir ayrılığını həll etməli və sağlam, stabil inkişafa nail olmalıdır".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Çin  





Xəbər lenti