"Generalımız qaçırsa, əsgərlərimiz nə etməli idi?"- Erməni valideyn

   "Generalımız qaçırsa, əsgərlərimiz nə etməli idi?"-   Erməni valideyn
  15 Dekabr 2020    Oxunub:3075
“Döyüş zamanı general balalarımızı meydanda qoyub qaçıbmış”.
Azvision.az xəbər verir ki, bunu müharibədə itkin düşən oğlunu axtaran erməni valideynlərindən biri deyib. O jurnalistlərə verdiyi açıqlamada bunları söyləyib:

"Döyüş vaxt general komandir Arsen Abqaryana əmr edib ki, əsgərlərimiz mövqelərdən birini tutsunlar. Abqaryan da cavabında belə deyib-cənab general, bizim zirehli jiletlərimiz, dəmir “kaska”lar, kifayət qədər sursatımız yoxdur axı. Bu vəziyyətdə hara gedək? General isə "siz gedin mən gətirəcəyəm" söyləyib..."

Etiraz edən əsgər atası fikirlərinə onu da əlavə edib ki, beləcə pusquya düşən əsgərlər çıxılmaz vəziyyətdə qalıblar:

“General qayıdıb gələndə görüb ki, 50 nəfər 500 nəfərə qarşı qalıb. Dərhal o geri qayıdaraq qaçıb. Əgər generalımız qaçırsa, əsgər nə etməli idi? Generala sual veririk ki, niyə ora qayıtmadınız və uşaqlara kömək etmədiniz? Bizə dedi ki, əgər mən getsəydim, məni vuracaqdılar. Sonra kim bura gəlib sizə nələrin baş verdiyini söyləyəcəkdi axı?"

Qeyd edək ki, hələ də meyitlərindən belə xəbər çıxmayan itkin hərbçilərin valideynləri və yaxınları bu gün etiraz əlaməti olaraq Ermənistan Müdafiə Nazirliyinin binası qarşısına toplaşıblar.

Tural Tağıyev
Azvision.az




Teqlər: Ermənistan   İtkin   General   Etiraz  





Xəbər lenti