Rusiyada daha 577 nəfər koronavirusdan öldü

Rusiyada daha 577 nəfər koronavirusdan öldü
  15 Dekabr 2020    Oxunub:1191
Rusiyada son sutka ərzində koronavirusa 26 689 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 707 945 nəfərə çatıb.

Rusiyada son sutkada 577 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 47 813 nəfərdir. İndiyədək 2 149 610 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az



Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti