İran ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını qınadı

İran ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını qınadı
  15 Dekabr 2020    Oxunub:1245
" İran hökuməti ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalarını kəskin şəkildə qınayır".
Azvision.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

"ABŞ-ın sanksiyalara aludəçiliyi və beynəlxalq hüquqa hörmət etməməsi yenidən özünü tam formada nümayiş etdirir. ABŞ-ın Türkiyəyə qarşı son sanksiyalarını şiddətlə qınayırıq", -deyə XİN rəhbəri "Twitter"də yazıb.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib. ABŞ dövlət katibi Mayk Pompeo sanskiya tətbiqini Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə əsaslandırıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   Türkiyə   ABŞ   Sanksiya  





Xəbər lenti