COVID-19-a yoluxanların sayı 73 milyonu ötdü

 COVID-19-a yoluxanların sayı 73 milyonu ötdü
  15 Dekabr 2020    Oxunub:1225
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 73 milyon 190 min 427 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 627 min 900 nəfərdir. İndiyədək 51 milyon 324 min 489 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti