ABŞ Türkiyənin rəsmi şəxslərinə qarşı sanksiya tətbiq edib

   ABŞ Türkiyənin rəsmi şəxslərinə qarşı sanksiya tətbiq edib
  15 Dekabr 2020    Oxunub:1638
ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəsmi Vaşinqton Türkiyənin Müdafiə Sənayesi Katibliyinə, onun rəhbəri İsmail Dəmirə və digər üç səlahiyyətli şəxsə qarşı sanksiya tətbiq edib.

ABŞ dövlət katibi Mayk Pompeo sanskiya tətbiqini Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə əsaslandırıb.

"Türkiyə ABŞ üçün dəyərli partnyor və regional təhlükəsizlik baxımından əhəmiyyətli tərəfdaşıdır. Türkiyənin sərəncamındakı S-400 maneəsini ən qısa müddətdə aradan qaldıraraq müdafiə sektorundakı onilliklərdir davamlı məhsuldar əməkdaşlıq tariximizi davam etdirmək istəyirik" .

Azvision.az


Teqlər: ABŞ   Türkiyə  





Xəbər lenti