Türkiyədə koronavirus daha 229 can aldı

Türkiyədə koronavirus daha 229 can aldı
  15 Dekabr 2020    Oxunub:1026
Türkiyədə son sutka ərzində 229 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 29 617 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 16 646, virusa yoluxanlar isə 1 866 345 nəfərə çatıb.

Türkiyədə indiyədək 1 631 944 pasiyent (son sutkada 28 164 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   koronavirus  





Xəbər lenti